USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rövşən Əkbərovun ittiham olunduğu maddə müəyyənləşdi

16.03.2021 Siyasət
0 0
Sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun nədə ittiham olunduğu məlum olub.

APA xəbər verir ki, R. Əkbərov Ukrayna Respublikasının sorğusu əsasında həbs edilib.

Belə ki, R. Əkbərov Ukraynada qəsdən adam öldürmə cinayətində təqsirləndirilib. Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında Rövşən Əkbərov barəsində istintaq orqanının təqdimatına baxılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.