USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra başçısının danlanmasına səbəb olan park abadlaşdırılır - FOTO

05.05.2021 Siyasət
0 0
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradlarından sonra rayon ərazisində yerləşən "EKO park"da abadlaşdırma işlərinə başlanılıb.

"Kommersant.az" Report.az-a istinadən xəbər verir ki, park ərazisində antisanitar vəziyyətin qarşısı alınıb. Abadlaşdırma işləri çərçivəsində parkda tullantı suları üçün yeni drenajlar qurulur.

Eyni zamanda, orada eldar və geparis şamları əkilib.

Ümumi sahəsi 6 hektardan çox olan parkda 1150 ağac əkilib və daha 2000 ağacın əkilməsi nəzərdə tutulur.

Məlumata görə, parkdakı 6 atraksion yenilənəcək və parka daimi nəzarət üçün mühafizəçilər ayrılacaq.

Qeyd edək ki, EKO park 2014-cü ildə əvvəllər köhnə yod zavoduna aid olan ərazidə salınıb. O vaxtdan bəri açılışı olmayan park bərbad vəziyyətdə idi.