USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni təyinatından sonra Rövnəq Abdullayevdan ilk açıqlama - "Yüksək qiymətləndirirəm"

10.02.2022 Siyasət
0 0
Bu gün Prezident İlham Əliyev Rövnəq Abdullayevi SOCAR prezidenti vəzifəsindən azad edərək iqtisadiyyat nazirinin müavini təyin edib.

"Kommersant.az" xəbər verir ki, sözügedən sərəncamla bağlı Dövlət Neft Şirkətinin sabiq prezidenti Rövnəq Abdullayev "Unikal"a açıqlama verib:

"Cənab Prezident İlham Əliyev məni Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edərək, iqtisadiyyat nazirinin müavini təyin edib. Prezidentin sözügedən sərəncamını yüksək qiymətləndirirəm. Buradakı işimə yeni təyin olunduğum üçün geniş açıqlama verə bilməyəcəm".

Qeyd edək ki, R.Abdullayev 2005-ci ildən SOCAR-ın prezidenti idi.