USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənəd imzalanacaq

21.02.2022 Siyasət
0 0
Kreml Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri barədə məlumat yayıb.

"Kommersant.az" xəbər verir ki, Kremlin saytında yerləşdirilən məlumata görə, fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqlar olacaq.

Danışıqlarda siyasi, iqtisadi-ticari və humanitar sahələrdə ikitərəfli münasibətlərin sonrakı inkişafı üçün bütün kompleks məsələlərin müzakirəsi nəzərdə tutulur.

Bundan başqa, görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ üzrə 9 noyabr (10 noyabr) 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının reallaşmasının gedişi, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası tədbirləri müzakirə oluncaq.

Danışıqların yekunu olaraq, Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında Bəyannamənin imzalanması nəzərdə tutulur.