USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zelenski xalqa müraciət edib - “Ukraynanın sərhədləri əvvəlki kimi qalacaq”

22.02.2022 Siyasət
0 0
“Rusiyanın hərəkətlərinə baxmayaraq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri eyni qalacaq”.

Bunu Prezident Volodimir Zelenski xalqa müraciətində deyib.

“Özlərinin müstəqilliyini elan edən “respublikalar”ın tanınması Rusiya Federasiyasının Minsk sazişindən çıxması deməkdir”, – Zelenski vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Ukrayna “Normand dördlüyü”nün Fövqəladə Zirvə Toplantısı təşəbbüsü ilə çıxış edib.

Rəsmi Kiyev ATƏT-in Xüsusi Monitorinq Missiyasının tam formatda fəaliyyətində təkid edir.

Onun sözlərinə görə, Kiyev siyasi-diplomatik nizamlanmaya sadiqdir və təxribatlara tabe olmayacaq.

“Ukrayna heç kimə heç nə verməyəcək”, – dövlət başçısı əlavə edib.