USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandan Rusiyaya “Aqroekspress” vasitəsilə ikinci yük qatarı göndərilib

22.02.2022 Siyasət
0 0
“Aqroekspress” layihəsi çərçivəsində Rusiyaya növbəti yük qatarı göndərilib. Belə ki, 1 000 tonadək meyvə və tərəvəz məhsulları 20 vaqondan ibarət sürətli qatar vasitəsilə Astara stansiyasından Rusiyanın Dərbənd stansiyasına yola salınıb.

Astara stansiyasının “Aqroekspress” sürətli yükdaşımalar marşrutuna daxil edilməsi ilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətli rol oynayır.

“Aqroekspress” layihəsi “Alliance Logistics” MMC və “Rusiya Dəmiryolları” QSC-nin törəmə şirkət tərəfindən Azərbaycan-Rusiya Biznes Şurası, “Rusiya İxrac Mərkəzi” SC, “Roseksimbank” SC, “Azərbaycan Dəmir Yolları” QSC və “Rusiya Dəmir Yolları” ASC-nin (RDY) dəstəyi ilə həyata keçirilir.