USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zelenski dünya liderlərindən dəstək istədi

24.02.2022 Siyasət
0 0
Ukrayna Prezidenti Vladimir Zelenski dünya liderlərini Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı hücumu ilə əlaqədar Vladimir Putinə qarşı koalisiya yaratmağa çağırıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Zelenski “Tvitter”də yazıb.

O, ABŞ, Almaniya, Böyük Britaniya, Polşa və Avropa İttifaqı liderlərindən Putini dərhal dayandırmağı xahiş edib.

“Putini dərhal Ukrayna və dünyaya qarşı müharibəni dayandırmağa çağırıram. AntiPutin koalisiyası yaradırıq. Dərhal sanksiyalar tətbiq olunsun, Ukraynaya maliyyə və müdafiə dəstəyi verilsin. Dünya Rusiyanı sülhə vadar etməlidir”, - Zelenski yazıb.