USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Biz yalnız döyüşürük, Qərb ölkələri uzaqdan izləyir” - ZELENSKİ

25.02.2022 Siyasət
0 0
"Biz yalnız döyüşürük. Rusiyanı yeni sanksiyalar çəkindirmədi. Qərb ölkələri uzaqdan müşahidə edirlər”.

"Kommersant.az" xəbər verir ki, bunu Ukraynanın Prezidenti Vladimir Zelenski deyib.

Müharibə əleyhinə aksiya keçirən rusiyalılara çağırış edən Zelenski düşmənin mülki obyektləri də atəşə tutduğunu diqqətə çatdırıb:

"İşğalçılar həm hərbi, həm də mülki obyektləri atəşə tuturlar. Onlar fərq qoymurlar. Onların məqsədi vətəndaşlara təzyiqdir. Etiraza çıxan bütün vətəndaşlara (Rusiya vətəndaşları – red) demək istəyirəm: biz sizi görürük. Bu o deməkdir ki, siz bizi eşitdiniz, bizə inanmağa başladınız. Bizim üçün mübarizə aparın, müharibə əleyhinə mübarizə aparın. Tez ya gec Rusiya və Ukrayna arasında döyüşlərin dayandırılması haqqında dialoq başlayacaq".