USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ukraynada baş verənlərdən asılı olmayaraq Belarusa qarşı bu sanksiyalar tətbiq olunacaqdı" - LUKAŞENKO

07.04.2022 Siyasət
0 0
"Minskə qarşı tədbiq olunan sanksiyaların çoxluğu onu deyir ki, buna uzun müddətdir hazırlaşırdılar".

"Kommersant.az" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

O əlavə edib ki, Ukraynada baş verənlərdən asılı olmayaraq ölkəsinə qarşı bu sanksiyalar tətbiq olunacaqdı.

"Sanksiyaların qəbulunun sürəti, eləcə də işlənib hazırlanmasının dərinliyi onların uzun müddət və diqqətlə hazırlandığından xəbər verir" - Lukaşenko vurğulayıb.