USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Elman Rüstəmov ilə bağlı qərarı imzaladı

12.04.2022 Siyasət
0 0
Azərbayacan Prezidenti İlham Əiyev “Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında” və “Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında” qərarları imzalayıb.

Qərarlarda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Elman Sirac oğlu Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilsin.

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilsin.