Latviya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Belarusa səfər etməməyi tövsiyə edib.
"Kommersant.az" xəbər verir ki, bu barədə məlumatı Latviya XİN yayıb.
Belarusun Dövlət Sərhəd Komitəsi aprelin 15-dən mayın 15-nə kimi Litva və Latviya vətəndaşlarının ölkəyə vizasız daxil olmalarına icazə veriləcəyini açıqlayıb. Bunun ardınca isə Latviya XİN öz vətəndaşlarına müraciət edərək Belarus və Rusiyanı tərk etməyə çağırıb.