USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elmar Məmmədyarov: “Anti-terror əməliyyatı keçirilə, lokal döyüşlər ola bilər”

03.08.2022 Siyasət
0 0
“2020-ci ilin 10 noyabr bəyanatında hər şey qeyd olunub. Nə vaxta qədər ki, Ermənistan üzərinə düşən öhdəlikləri davamlı şəkildə pozacaq, əlbəttə, müharibə müzakirə mövzusu olacaq. İnanmıram ki, indiki halda müharibə olsun, lakin anti-terror əməliyyatı, lokal döyüşlər ola bilər. Ermənistan qeyri-qanuni silahlı dəstələrini ərazilərimizdən çıxarmalıdır. Onlar oyun oynayırlar. Hər dəfə bəhanələr gətirilir. Bunlar hamısı, sadəcə, gülməlidir. Birmənalı şəkildə erməni qoşunları Qarabağdan çıxmalıdır”.

Bu sözləri açıqlamasından sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Sabiq nazir bildirib ki, rus sülhməramlıları da üzərilərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər: “10 noyabr bəyanatında Rusiya Prezidenti Vladimir Putin də imza atıb. Sülhməramlılar da bəyannamədə nəzərdə tutulmuş bəndlərə tam şəkildə riayət etməlidirdlər”.

Pravda.az