İşğaldan sonra Yaxın Şərqdən ermənilərin köçürülməsi yolu ilə qanunsuz məskunlaşma aparılıb.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində bildirib.
“Ermənistan tərəfindən 1992-ci ilin mayında Laçının Zabux kəndinin işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin "The Times"da reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır!”,-deyə H.Hacıyev qeyd edib.