USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müdafiə naziri Türkiyəyə gedir

29.08.2022 Siyasət
0 0
Bu gün müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfər edəcək.

Kommersant.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada deyilir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək üçün avqustun 30-da qardaş Türkiyə Respublikasına işgüzar səfər edəcək.