USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZAL-ın keçmiş idarə rəisi azadlığa buraxılıb

30.08.2022 Siyasət
0 0
“Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin sabiq rəisi Emil Süleymanov azadlığa buraxılıb.

Bu barədə məhkəmə qərar çıxarıb.

Qərara əsasən, o, cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, E.Süleymanov və digərləri 2007-ci ilin 6 sentyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 274-cü (dövlətə xəyanət), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edilib.

Məhkəmənin qərarı ilə E.Süleymanov 15 il müddətinə azadlıqdan mərhum edilib.