USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şarl Mişel Əliyev-Paşinyan görüşündən yazdı

30.08.2022 Siyasət
0 0
Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünə hazırlıq barədə yazıb.

O, bu barədə öz tviter səhifəsində yazıb.

“Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə sabah Brüsseldə keçiriləcək dördüncü görüşdən əvvəl bu gün hazırlıq zəngləri (telefon –red) olacaq”, – deyə Mişel qeyd edib.

Xatırladaq ki, Aİ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü sabah Brüsseldə baş tutacaq.