USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycanla sərhədin açılmasında maraqlıyıq” - PAŞİNYAN

07.09.2022 Siyasət
0 0
“Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır. Bu prosesin Rusiyanın dəstəyi ilə başa çatdırılmasını gözləyirik”.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərində keçirilən Şərqi İqtisadi Forumunda çıxış edərkən bildirib.

Eyni zamanda hökumət başçısı Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə komissiyanın işindəki irəliləyişdən də bəhs edib: “Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli komissiyanın fəaliyyətində irəliləyiş var, lakin hələ ki bütün məsələlər həllini tapmayıb”.