Fuad Mayılov Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini və İnsan resursları şöbəsinin müdiri təyin edilib. O bundan əvvəl nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri idi.
Qeyd edək ki, bundan əvvəl İnsan resursları şöbəsinin müdiri olan Elvin Paşayev iyulun 25-də Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.