USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənistanın təxribatı nəticəsində iki mülki şəxs yaralanıb

14.09.2022 Siyasət
0 0
Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir.

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.

Hazırda A.Musayev Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. A.Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hərbi Prokurorluqda istintaq olunan cinayət işi çərçivəsində hər iki fakt hazırda araşdırılır.