USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya ilə İran yeni saziş imzalayacaq

15.09.2022 Siyasət
0 0
Rusiya Federasiyası ilə İran arasında əməkdaşlıq haqqında yeni saziş imzalanacaq.

Bunu Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə deyib.

“Son mərhələdə Rusiya və İran arasında əməkdaşlıq münasibətlərini qeyd edəcək yeni böyük saziş üzərində işləyirik. Moskva ilə Tehran arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir”, – deyə Putin bildirib.

Xatırladaq ki, Putin və Rəisi arasında işgüzar görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində keçirilib. İki ölkə liderləri arasında əvvəlki danışıqlar iyulun 22-də Tehranda baş tutub.