USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin ABŞ-ın hegemonluğunun sona çatacağını proqnozlaşdırıb

10.10.2022 Siyasət
0 0
Avropada kəskinləşən enerji böhranı ABŞ-ın qlobal hegemonluğunun süqutuna səbəb ola bilər.

Bu barədə Çinin “Global Times” qəzetinin məqaləsində deyilir.

Məqalədə bildirilir ki, ABŞ prezidenti Co Baydenin Ukraynadakı münaqişə vasitəsilə müttəfiqlər şəbəkəsini gücləndirmək və genişləndirmək niyyətinə baxmayaraq, böyük maraqlar toqquşması yaranıb.

Məqalənin müəlliflərinin fikrincə, onların çətin vəziyyətindən ABŞ-ın faydalanması səbəbindən Avropada narazılıq artmağa başlayır.

Avropa ölkələri anti-Rusiya sanksiyaları fonunda ABŞ-dan böyük həcmdə mayeləşdirilmiş təbii qaz almaq məcburiyyətindədir ki, bu da Vaşinqtona böyük gəlir gətirir: “Bu münaqişələr ABŞ hegemonluğunun süqutuna işarə edir”.