USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukrayna ilə bağlı G7-nin təcili iclası keçiriləcək

10.10.2022 Siyasət
0 0
Rusiyanın Ukraynanın bir sıra şəhərlərinə son hücumu ilə əlaqədar G7-nin təcili iclası keçiriləcək.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Twitter”də bildirib.

Onun sözlərinə görə, G7-yə sədrlik edən Almaniya Kansleri Olaf Şoltsla telefon danışığı zamanı iclas barədə razılığa gəlinib.

“Mənim çıxışım planlaşdırılıb, orada Rusiya tərəfindən törədilən terror aktları barədə danışacağam. Biz həmçinin Rusiyaya təzyiqin artırılması və zədələnmiş infrastrukturun bərpasına yardım məsələsini müzakirə etdik”, Prezident Zelenski deyib.