USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukrayna “Türk axını”nı partlatmağa cəhd göstərib - Putin

10.10.2022 Siyasət
0 0
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın “Türk axını” qaz kəmərinin bir hissəsindən birinə zərbə vurmağa çalışdığını bildirib. Cənab Putin detalları açıqlamayıb. O, həmçinin Ukraynanın Kursk atom elektrik stansiyasında üç terror aktı törətdiyini iddia edir.

“Ölkəmizin elektrik enerjisi sənayesi və qaz nəqli infrastrukturuna qarşı bir sıra terror aktları və analoji cinayətlərə cəhdlər, o cümlədən “Türk axını”nın qaz nəqli sisteminin bölmələrindən birini sıradan çıxarmaq cəhdi törədilib”, – deyə prezident vurğulayıb.