USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranın Qərbi Azərbaycan əyalətində etirazlar güclənib

14.10.2022 Siyasət
0 0
İranın Qərbi Azərbaycan əyalətinin Soyuq Bulaq (Mahabad) şəhərində xalq etirazları kəskin xarakter alıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Ötən gecə qəzəbli etirazçılar “Xameneiyə ölüm” şüarı səsləndiriblər.

Əhali küçələrdə təkərləri yandıraraq polisin girişinə maneə yaradıb və hökumətə meydan oxuyub.