USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin MDB liderlərini Sankt-Peterburqda qeyri-rəsmi görüşə dəvət edib

14.10.2022 Siyasət
0 0
Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin bütün liderlərini ilin sonunda Sankt-Peterburqda keçirməyi təklif etdiyi qeyri-rəsmi görüşə dəvət edib.

Rusiya Prezidenti Sankt-Peterburq şəhərinin 2023-cü ildə mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsünə verdiyi dəstəyə görə digər üzv dövlətlərə minnətdar olduğunu bildirib.

“Mən və həmkarlarım artıq müzakirə etmişik. 2023-cü il ərəfəsində gələcək mədəniyyət paytaxtında qeyri-rəsmi görüş keçirilə bilər. Hamınızı məmnuniyyətlə dəvət edirəm”, – deyə Putin MDB dövlət başçılarının Astanada keçirilən sammitində çıxışı zamanı deyib.