USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin Ukraynadakı vətəndaşlarının təxliyəsinə hazırlaşır

20.10.2022 Siyasət
0 0
Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Ma Çjaosyuy ölkə vətəndaşlarını qısa zamanda Ukraynanı tərk etməyə çağırıb.

Nazir müavini bu çağırışı Çin Kommunist Partiyasının 20-ci qurultayı çərçivəsində keçirilmiş mətbuat konfransı zamanı edib.

“Ukraynada təhlükəsizlik sahəsindəki hazırkı vəziyyəti nəzərə alaraq, Çinin bu ölkədəki diplomatik nümayəndəlikləri Çin vətəndaşlarının təxliyəsinə hazırlaşır” – qeyd olunub.

Xatırladaq ki, bundan öncə İtaliya hökuməti də analoji bəyanatla çıxış edərək vətəndaşlarını Çini tərk etməyə çağırmışdı.