USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə tarixində ilk dəfə mülki müdafiə təlimi keçiriləcək

01.11.2022 Siyasət
0 0
Türkiyə tarixində ilk dəfə ölkə üzrə mülki müdafiə təlimi keçiriləcək.

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu fövqəladə hallarla bağlı seminardakı çıxışında bildirib.

Onun sözlərinə görə, təlimlər noyabrın 12-i saat 18:57-də başlayacaq: “Təlimlə bağlı radiolar, televiziyalar elan verəcək”.

Nazir deyib ki, həmin gün Düzcədə baş verən zəlzələnin 23-cü ildönümüdür.

Xatırladaq ki, 1999-cu il noyabrın 12-i saat 18:57-də Türkiyənin Düzcə bölgəsində 7,2 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 845 nəfər ölmüş, 4 948 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.