USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şimali Koreya ABŞ-a nüvə müharibəsi barədə xəbərdarlıq edib

01.11.2022 Siyasət
0 0
ABŞ və Şimali Koreya arasında nüvə müharibəsi ssenarisi son mərhələyə keçib.

Bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, oktyabrın 17-dən 28-dək Cənubi Koreya ərazisində genişmiqyaslı “Milli müdafiə” təlimləri keçirilib və cəmi bir neçə gün sonra ABŞ və Cənubi Koreyanın ən böyük birgə “Vigilant Storm” hava təlimləri başlayıb.

Şimali Koreya Xarici İşlər Nazirliyinin məlumatına görə, dünyanın heç bir yerində intensivlik və qüvvələrin iştirakına görə oxşar hərbi təlimlər keçirilməyib. Pxenyan hesab edir ki, təlimlər xüsusi aqressiv xarakter daşıyır və hədəflər arasında “Koreya yarımadasındakı müharibə zamanı KXDR-in strateji obyektlərinə zərbə endirmək” var.

“Birləşmiş Ştatlar dünyada yeganə ölkədir ki, nüvə proqramının əsas məqsədi rejimləri devirməkdir, o, KXDR-ə qarşı güc tətbiq etmək cəhdi halında buna bərabər qiymət ödəməyə hazır olmalıdır”, – deyə əlavə edilib.

Pxenyan vəziyyəti gərginləşdirmək üçün ABŞ-ni hərbi təlimləri dayandırmağa çağırıb. Bəyanatda deyilir ki, KXDR öz ölkəsinin suverenliyini, ərazi bütövlüyünü və xalqının təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcək.

Qeyd edək ki, oktyabrın 31-də ABŞ və Cənubi Koreyanın beş il ərzində ilk dəfə böyük birgə hava təlimi “Vigilant Storm” başlayıb. Təlimlərdə 240 hərbi təyyarə, o cümlədən yeni gizli təyyarələr iştirak edir.