USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı fərman imzaladı

28.11.2022 Siyasət
1 0
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) strukturunda dəyişiklik edilib.

"Kommersant.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda öz əksini tapıb.

Dəyişiklikliyə əsasən, DGK-nın tərkibində Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Dövlət başçısının imzaladığı fərmana görə, Dövlət Gömrük Komitəsi Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.