USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Peskov Qriqoryanı təxribatçı adlandırıb

27.12.2022 Siyasət
0 0
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatlarını təxribat hesab edir.

Peskov news.am saytına açıqlamasında bildirib ki, Qriqoryanın bu kimi bəyanatlarına təxribat kimi baxılmalıdır: “Bu bəyanatlar həqiqəti əks etdirmir. Rusiya məmurlarından heç kim bu barədə açıqlama verməyib və kiminsə vasitəsilə erməni tərəfinə bunu çatdırmayıb”.

Qeyd edək ki, A. Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistanın Rusiya-Belarus ittifaq dövlətinə qoşulması və öz ərazisindən Azərbaycana dəhliz verməsi üçün Moskvanın İrəvana müxtəlif vasitələrlə təzyiq etdiyini bəyan edib.

  • Əvvəlki

    Nazir: Qanunsuz erməni silahlılarının Qarabağdan çıxarılmasını Ermənistan təmin etməlidir

Digər xəbərlər