USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu rayonda xüsusi əməliyyat keçirildi - Yüksək vəzifəlilər saxlanıldı

28.12.2022 Siyasət
0 0
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dekabrın 26-da Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində xüsusi əməliyyat keçirib.

"Kommersant.az"ın məlumatına görə, əməliyyatla idarənin rəisi Zaur Adilov və Audit şöbəsinin rəisi Əjdər Əliyev saxlanılıb. Bununla yanaşı, idarədə məsələ ilə bağlı digər şəxslərin dindirilməsi həyata keçirilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, 8 saylı Ərazi Vergilər İdarəsi Beyləqan şəhərində yerləşir və bir neçə rayonu əhatə edir.