USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Putinin qısamüddətli müharibə planı baş tutmadı"

28.12.2022 Siyasət
0 0
Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayan Rusiya Prezidenti Vladimir Putin hər şeyin tez bitməsini gözləyirdi. Lakin onun qısamüddətli müharibə planları baş tutmadı.

Kommersant.az xəbər verir ki, bunu NATO-nun Avropadakı qüvvələrinin keçmiş baş komandanı, istefada olan general Ceyms Cons deyib.

Consun sözlərinə görə, hərbi yardım Ukrayna üçün çox vacibdir. Əgər müttəfiq ölkələr bu yardımı davam etdirsələr və bunu daha sürətlə həyata keçirsələr, o zaman Rusiyanı yeni xoşagəlməz xəbərlər gözləyə bilər.

“NATO bir alyans olaraq indi daha güclü, daha sıxdır. Bu, Vladimir Putinin heç istəmədiyi şey idi. Alyansın Ukraynaya verdiyi dəstək möhkəm və daimi olaraq qalarsa, bu, Rusiya üçün yaxşı heç nə vəd etmir”.

Generalın sözlərinə görə, müttəfiqlərin Ukrayna ordusunu məşq etmək və təchiz etmək bacarığı ilk vaxtlarda ləng idi, indi isə daha ürəkaçan bir ritmə çatıb:

“Rusiya geri çəkilmək məcburiyyətində qaldı, baxmayaraq ki, bunu boynuna almır, lakin bu, hərbi ictimaiyyətdə, NATO-da və ABŞ-da başa düşülür. Düşünürəm ki, bir çox insan Rusiyanın uğursuzluqlarına təəccüblənib”.