Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Suriyanın müdafiə naziri Əli Mahmud Abbas ilə görüş keçiriblər.
Kommersant.az xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Danışıqlarda Rusiya və Suriyanın kəşfiyyat xidmətlərinin rəhbərləri də iştirak edib.
Görüşdə Suriya böhranı, qaçqınlar problemi və Suriyada fəaliyyət göstərən terror təşkilatlarına qarşı birgə mübarizə müzakirə edilib.
Görüşün konstruktiv atmosferdə keçdiyi qeyd edilir.
Suriyada və bütövlükdə regionda sabitliyin təmin edilməsi və qorunması məqsədilə üçtərəfli formatda təmasların davam etdirilməsi razılaşdırılıb.