USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları qüvvədə saxladı

29.12.2022 Siyasət
0 0
ABŞ 1998-ci ilin Beynəlxalq dini etiqad azadlığı Aktı çərçivəsində Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayıb.

Kommersant.az-ın məlumatına görə, bu barədə TASS Amerika hökumətinin rəsmi sənədlər toplusu olan Federal reyestrin elektron məlumat bazasına daxil olan bildirişə istinadən xəbər verir.

Qeyd edilir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken İran, Çin, Şimali Koreya, Kuba, Myanma, Nikaraqua, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan və Eritreyanı Beynəlxalq dini etiqad azadlığı Aktı çərçivəsində xüsusi narahatlıq doğuran dövlətlər siyahısına daxil etmək qərarına gəlib.

Agentlik vurğulayıb ki, ABŞ-ın 1998-ci il Beynəlxalq dini etiqad azadlığı Aktının müddəalarına əsasən, Birləşmiş Ştatların Dövlət Departamenti dünyada dini etiqad azadlığı ilə bağlı illik hesabat hazırlayır.