Ukraynada müharibə hazırda dalana dirənib. Nə Ukrayna, nə də Rusiya döyüş meydanında ciddi uğur qazana bilmir.
Kommersant.az xəbər verir ki, bunu Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.
“Vəziyyət sadəcə olaraq dayanıb, getmir”, - deyə Budanov bildirib. Rusiya ciddi itkilər verərək tamamilə çıxılmaz vəziyyətə düşüb. Kreml növbəti səfərbərliyi elan etmək qərarına gəlib”, - deyə Budanov bildirib.