USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident sərəncam imzaladı

29.12.2022 Siyasət
0 0
Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin həlli üçün yaradılmış komissiyanın yeni tərkibi müəyyənləşib.

Pravda.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin işlənib hazırlanması ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Komissiyanın yeni tərkibi aşağıdakı kimidir:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiya sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Komissiyanın üzvləri

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri