USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paşinyan Laçın yolunun açılması ilə bağlı Rusiyadan “yol xəritəsi” tələb edir

29.12.2022 Siyasət
0 0
Rusiya sülhməramlı kontingenti Laçın yolundakı situasiya ilə bağlı müfəssəl açıqlama ilə çıxış etməlidir.

Kommersant.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Paşinyan hesab edir ki, Rusiya obyektiv, yaxud subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurasında sülhməramlı kontingentin BMT mandatı alması və ya bölgəyə əlavə çoxmillətli sülhməramlı kontingentin göndərilməsi üçün məsələ qaldırmalıdır.