USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bir media rəhbərinin ŞOK səs yazısı yayıldı: “Mən Ramiz Mehdiyevlə fəxr edirəm”

17.01.2023 Siyasət
0 0
Ölkənin media kuluarlarında dolaşmaqda olan gizli səs yazısında bir sıra dövlət adamlarının da adı hallanır.

“Mən Ramiz Mehdiyevlə işlədiyimə görə fəxr edirəm! Fəxr edirəm!.. Sən nə danışırsan, əsil kişi lotuluq eləməlidi, baz olmalıdı!”.

Bu sözləri Azərbaycanın nüfuzlu media subyektlərindən birinin rəhbəri söyləyib.

Səs yazısı isə uzaq tarixə yox, bu ilin yanvar ayının 11-nə aiddir.

Media rəhbəri öz əməkdaşı ilə söhbəti zamanı onu şantaj edərək aşağılayır. Bu da azmış kimi ölkənin bir sıra tanınmış jurnalistləri haqqında qeyri-etik ifadələr işlədir.

Əməkdaş onu daim hökümət adamlarına yaltaqlıq etdiyini dedikdə isə media rəhbəri Ramiz Mehdiyevlə işlədiyinə görə fəxr etdiyini gur səslə bağırır.

Bir sıra rəsmi şəxslərin də adının hallandığı söhbətdə media rəhbəri əməkdaşın onu məhkəməyə verəcəyini deməsinə görə ələ salır, ölkənin məhkəmə-hüquq sistemini aşağılayan ifadələr işlədir.

Xatırladaq ki, media kuluarlarında sürətlə yayılmış səs yazısına artıq bir sıra nüfuzlu jurnalistlər sosial şəbəkə hesablarında üstüörtülü formada münasibət bildiriblər. Səs yazısında etikadan kənar ifadələr olduğuna görə onlar məsələni açıq şəkildə ictimailəşdirmirlər./Konkret.az