Rusiya ordusunda genişmiqyaslı dəyişikliklər, xüsusən də şəxsi heyətin 1,5 milyon nəfərə çatdırılması 2023-2026-cı illərdə həyata keçiriləcək.
Kommersant.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
“Silahlı Qüvvələrin tərkibində genişmiqyaslı dəyişikliklər, onların sayının artırılması, Rusiya Federasiyasının hərbi-inzibati bölgüsündə 2023-2026-cı illər ərzində həyata keçiriləcək dəyişikliklər müdafiə nazirinin bütün müavinləri, baş komandanlar, komandirlərdən müvafiq səlahiyyətli qərarlar qəbul etmək tələb edəcək”, - Şoyqu bildirib.