USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Talıbovların pulları bu bankda saxlanılır

18.01.2023 Siyasət
0 0
İsveçrədə ”Credit Suisse” adlı bank var. Bu bank gizli hesablar yaradır və dünyanın ən varlı adamlarının, siyasi liderlərinin pullarını sirr altına alır. Dünyanın bütün kəşfiyyat orqanları nə etsələr də bu bankdan informasiya ala bilmirlər.

Bunu tarixçi alim, tanınmış ziyalı Zaur Əliyev qeyd edib.

"Minimal yatırım ən azı 100 milyon dollardan başlayır. Almaniyanın nüfuzlu qəzetlərindən “Süddeutsche Zeitung” qəzetində 2022-ci ildə bankdan sızan gizli informasiyada burda milyard dollardan çox pulu olan bir neçə şəxsin adı çəkilib. Onlar arasında İordaniya kral ailəsinin, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin oğlu Abdullahın, Pakistan kəşfiyyatının rəhbəri general Axtar Əbdürrəhmanın oğullarının, Venesuela hökumət rəsmiləri və İtaliyanın ən böyük mafiya təşkilatlarından biri olan Ndrangetaya yaxın olan Antonio Velardo kimi şəxslərin adı var. Hətta Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın da burada gizli hesabı olduğu deyilir. Siyahıda Vasif Talıbovun oğulları da var. Vasif Talıbovun oğulları Seymur və Rzanın burda milyardan çox dollar hesabı olduğu haqda “Süddeutsche Zeitung” qəzeti hələ 2022-ci ildə yazmışdı", - o qeyd edib.