USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çavuşoğlu ABŞ-ın dövlət katibi ilə görüşüb

19.01.2023 Siyasət
0 0
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-ABŞ Strateji Mexanizminin ikinci Nazirlər Toplantısı çərçivəsində ABŞ paytaxtı Vaşinqtonda bu ölkənin dövlət katibi Entoni Blinken ilə görüşüb.

Kommersant.az xəbər verir ki, görüşdən sonra mətbuata açıqlamalarla çıxış edən rəsmilər söhbət zamanı ABŞ-dən Türkiyəyə F-16 qırıcılarının tədarükü, terrorla mübarizə, NATO çərçivəsində əməkdaşlıq, Ukrayna, Suriya, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Qafqazda baş verən proseslərin müzakirə olunduğunu bildiriblər.

Mövlud Çavuşoğlu F-16 qırıcılarının Türkiyəyə tədarükünün NATO və ABŞ üçün də vacib məsələ olduğunu vurğulayıb.

Türkiyənin xarici işlər naziri və ABŞ-ın dövlət katibi Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib.

Mövlud Çavuşoğlu Entoni Blinkeni Türkiyəyə səfər etməyə dəvət edib.