USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vasif Talıbov xəstələndi, Bakıdan həkimlər getdi

19.01.2023 Siyasət
0 0
Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən kənarlaşdırılan Vasif Talıbov evə qapanıb və heç bir yerə getmir.

Bu barədə Gununsesi.info-ya sabiq Ali Məclis sədrinə yaxın mənbələr bildirib.

Məlumata görə, şəkər xəstəliyindən əziyyət çəkən Vasif Talıbov üçün Bakıdan xüsusi həkim də Naxçıvana gəlib.

Talıbovu müayinə edən həkimin 2 gün muxtar respublikada qaldığı deyilir.

Başqa bir məlumatda isə Talıbovun hər iki övladının Rza və Seymurun onlara məxsus biznes strukturlarının satışına başladığı və buna görə, bir neçə dəfə ölkədən xaricə çıxdıqları bildirilir