USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan "nüvə müharibəsi" bəyanatı

19.01.2023 Siyasət
0 0
Donbass ətrafında Ukrayna müharibəsinin şiddətləndiyi bir vaxtda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hədə-qorxu tərzində açıqlamalar verib.

Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir. Rusiya prezidenti Putinin sərəncamı ilə fevralın 24-də başlayan müharibə 11 aydır ki, sürəti səngimədən davam edir. Qərb, xüsusən də ABŞ Ukraynaya dəstəyini davam etdirərkən, Rusiyadan mübahisəli xəbərdarlıq gəlib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın Ukraynadakı itkisinin ciddi nəticələrinin olacağını vurğulayıb. “Konvansional müharibələrdə məğlub olan nüvə gücü nüvə müharibəsinin fitilini alovlandıra bilər” deyən Medvedev, “məğlub olsaq, nüvə silahından istifadə edə bilərik” mesajını verdi.

"Nüvə qüvvələri öz taleyindən asılı olan böyük münaqişələri heç vaxt itirmir", - deyə Medvedev bildirib.