USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

NATO üzvü olan 11 ölkədən Ukraynaya yeni hərbi yardım

19.01.2023 Siyasət
0 0
Estoniyanın paytaxtı Tallin yaxınlığındakı hərbi bazaya toplaşan Estoniya, Polşa, Litva, Latviya, İngiltərə, Almaniya, Danimarka, Çexiya, Slovakiya, Hollandiya və İspaniyanın müdafiə rəsmiləri Ukraynaya yeni hərbi yardım vəd ediblər.

NATO ölkələri Ukraynaya Rusiyanın hücumlarından müdafiə olunmaqda kömək etməyə davam edir. Estoniyanın paytaxtı Tallin yaxınlığındakı Tapa Hərbi Bazasında toplaşan Estoniya, Polşa, Litva, Latviya, İngiltərə, Almaniya, Danimarka, Çexiya, Slovakiya, Hollandiya və İspaniyanın müdafiə rəsmiləri Ukraynaya yeni Hərbi Yardım vəd ediblər.

Görüşdən sonra digər ölkələrin müdafiə rəsmiləri ilə birgə mətbuat konfransında Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib: "Qərb birlikdə qalmalı və Ukraynaya hərbi yardımla dəstək verməyə davam etməlidir. Ukraynanın ən çox ehtiyacı olan şey ağır silahlardır. Hələ qarşıda ağır döyüşlər var".