20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm.
Kommersant.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın instaqram hesabında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşımında yer alıb.
“Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - Azərbaycanın Birinci vitse-prezidenti qeyd edib.