USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransada 80 min nəfərlik mitinq

20.01.2023 Siyasət
0 0
Fransada prezident Emmanuel Makron hökumətinin pensiya islahatına qarşı ölkə boyu kütləvi tətil hərəkatı təşkil edilib.

Parisdəki nümayişlərə 80 minə yaxın adam qatıldığı halda, bəzi etirazçılarla polis arasında qarşıdurma yaranıb. Tətildən sonra bir çox şəhərlərdə qatar və metro xidmətləri ləğv edilib, məktəblər və hətta bəzi səhiyyə xidmətləri dayandırılıb. Tətil əsnasında müəllimlərin iştirakı ilə bir çox məktəblərdə tədris dayandırılıb.

Qeyd edək ki, etiraza səbəb Fransanın baş naziri Elisabeth Borne tərəfindən bu ayın əvvəlində təqdim edilən pensiya yaşının 2027-ci ilə qədər 62-dən 64-ə qədər mərhələli şəkildə qaldırılması olub.