Yunanıstanın baş naziri Kyriakos Mitsotakis, Davos sammitində verdiyi açıqlamada Türkiyə ilə döyüşməyəcəklərini vurğulayaraq, “Prezident Ərdoğanla həll yolunu tapmağın mümkün olmadığını düşünmürəm” dedi.
Davos Zirvəsi olaraq da bilinən 53-cü Dünya İqtisadi Forumunda (WEF) iştirak edən Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis burada etdiyi çıxışda Türkiyə ilə bağlı diqqətçəkən açıqlamalar verib:
"DÜŞÜNÜRƏM PROBLEMLƏRİMİZİ DANIŞARAQ HƏLL ETMƏK MÜMKÜNDÜR".
Cümə axşamı keçirilən iclasda Türkiyə ilə münasibətlərə toxunan Yunanıstanın baş naziri, Türkiyəni hədəf alan açıqlamalarının əksinə, Ankara ilə aralarındakı fikir ayrılıqlarını danışaraq həll etməyin mümkün olduğunu düşündüyünü vurğulayıb.