Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə hər iki tərəf üçün kritik əhəmiyyət kəsb edən Donbassda kilitləndi. Rusiya liderinin səssiz imzası isə Ukraynada təşviş yaradıb.
Belə ki, Rusiya lideri Putinin qərarı ilə üç və ya daha çox uşağı olan kişiləri səfərbərlikdən azad edən qayda ləğv edilib. Putinin bu hərəkəti ilk növbədə dünya gündəminə damğa vurub. Bu addımın yeni səfərbərliyə hazırlıq olduğu kimi şərhlər səslənir.