USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident İlham Əliyev əmək pensiyaları haqqında qanuna dəyişikliyi imzalayıb

23.01.2023 Siyasət
29 1
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişikliyə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından yalnız son üç il üçün tutulur. İndiyə qədər isə artıq ödənilən bütün məbləğ geri tutulurdu.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.