USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli standartlaşdırma sisteminə dair Dövlət Proqramı təsdiq edilib

23.01.2023 Siyasət
12 2
Prezident İlham Əliyev “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

İqtisadiyyat Nazirliyinə tapşırılır ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin; Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Sənədə əsasən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.